​Gürcüstanın müdafiə naziri: "Türkiyə bizim strateji müttəfiqimizdir"

​Gürcüstanın müdafiə naziri: "Türkiyə bizim strateji müttəfiqimizdir" Tinatin Xidaşeli Yerevanda keçirdiyi brifinqdə alyans çərçivəsində və başqa məsələlərdə əməkdaşlığına görə Türkiyəyə təşəkkürünü bildirib
Region
1 Fevral , 2016 14:43
​Gürcüstanın müdafiə naziri: Türkiyə bizim strateji müttəfiqimizdir

Bakı. 1 fevral. REPORT.AZ/ "Gürcüstanın Türkiyə ilə strateji əlaqələri mövcuddur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Yerevanda keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi Gürcüstan üçün vacibdir.

T.Xidaşeli alyans çərçivəsində və başqa məsələlərdə əməkdaşlığına görə Türkiyəyə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi