Gürcüstanın müdafiə naziri hərbi attaşelərlə görüşüb

Gürcüstanın müdafiə naziri hərbi attaşelərlə görüşüb Görüşdə Azərbaycan səfirliyinin hərbi attaşe aparatının rəhbəri Fuad İbrahimovun da iştirak edib
Region
22 Mart , 2017 18:40
Gürcüstanın müdafiə naziri hərbi attaşelərlə görüşüb

Tbilisi. 22 mart. REPORT.AZ/ Martın 22-də Gürcüstanın Müdafiə Nazirliyində bu ölkədə “Hərbi Attaşelər Asossiasiyası”nın üzvləri ilə görüş keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin hərbi attaşe aparatının rəhbəri Fuad İbrahimovun da iştirak etdiyi görüşdə Gürcüstan Müdafiə Nazirliyinin ötən ildəki fəaliyyəti barədə məlumat verilib, yeni iş planından danışılıb.

Müdafiə Nazirliyindən "Report”un Gürcüstan bürosuna bildiriblər ki, nazir Levan İzoria ölkənin Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, Gürcüstan hərbçilərinin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı, NATO-ya inteqrasiya, beynəlxalq və regional əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verib.

Nazir bildirib ki, Gürcüstan Avropa İttifaqına və NATO-ya inteqrasiya edir. Silahlı Qüvvələrdə islahatların aparılması, NATO standartlarına uyğunlaşdırılması yeni fəaliyyət planında prioritet təşkil edir.

Görüşdə yeni Strateji Müdafiə İcmalı və fəaliyyətin əsas strateji istiqamətləri barədə məsələlər də diqqət mərkəzində olub.

Bildirilib ki, “2017-2020-ci illər üçün Strateji icmal” nazirliyin fəaliyyətində, eləcə də NATO-ya inteqrasiyada əsas rəhbər sənəd olacaq.

L.İzoria ölkəsinin müdafiə və təhlükəsizlik sahəsində beynəlxalq və regional əməkdaşlığa, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərinə böyük önəm verdiyini xüsusi qeyd edib.

Hərbi Attaşelər Assosiasiyasına 24 ölkə, o cümlədən də Azərbaycan daxildir.

Son xəbərlər

Orphus sistemi