Gürcüstanın müdafiə naziri Ermənistana gedəcək

Gürcüstanın müdafiə naziri Ermənistana gedəcək Tinatin Xidaşeli Ermənistan rəhbərliyi ilə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə edəcək
Region
1 Fevral , 2016 10:11
Gürcüstanın müdafiə naziri Ermənistana gedəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bu gün Ermənistana rəsmi səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki günlük səfər çərçivəsində o, Ermənistan prezidenti Serk Sarqsyan, baş nazir Ovik Abraamyan, parlamentin sədri Qalust Saakyan, müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. 

Görüşlərdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin və gələcək planların müzakirə ediləcəyi gözlənilir.

Səfər fevralın 2-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi