Bakı. 3 mart. REPORT.AZ/ Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvada keçiriləcək hərbi paradda Gürcüstanın iştirakı məsələsi müzakirə predmeti deyil. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili bildirib.
Beruçaşvilinin sözlərinə görə, 9 May Qələbə gününə həsr olunacaq hərbi paradla bağlı mövzu ümumiyyətlə rəsmi Tiflisin gündələyində yoxdur.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişti ki, 9 Mayda Moskovada Qızıl meydanda 20 ölkənin liderinin iştirakı ilə hərbi parad keçiriləcək.