Yuxarı

Gürcüstanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub

​Gürcüstanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub

Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, L.İzoria Xidmətin əməkdaşları ilə görüş keçirib və qurumda həyata keçirilən islahatlarla tanış olub.

O, Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri David Sucaşviliyə peşəkarlığına görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

D.Sucaşvili Gürcüstan müdafiə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-dək müdafiə naziri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi