Gürcüstanın keçmiş müdafiə nazirinə sui-qəsd edən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanın keçmiş müdafiə nazirinə sui-qəsd edən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib Hökmü Qori rayon Məhkəməsi çıxarıb
Region
22 İyun , 2017 13:32
Gürcüstanın keçmiş müdafiə nazirinə sui-qəsd edən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşviliyə sui-qəsd edən Aleksandr İnduaşvili 17 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hökmü Qori rayon Məhkəməsi çıxarıb.

Qeyd edək ki, hadisə 2016-cı il oktyabrın 2-də baş verib. İ.Okruaşvili parlament seçkisi çərçivəsində Qoridə seçicilərlə görüş keçirərkən ona atəş açılıb. Sui-qəsd nəticəsində keçmiş nazir yaralanıb. 

Son xəbərlər

Orphus sistemi