Yuxarı

​Gürcüstanın keçmiş dövlət naziri istintaqa ifadə verib

Aleksi Petriaşvili baş verənləri incəliyinədək xatırlayır və istintaqa yardım etməyə çalışır

Bakı. 3 mart. REPORT.AZ/ Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya üzrə keçmiş dövlət naziri, "Azad Demokratlar" Partiyası liderlərindən olan Aleksi Petriaşvili xəstəxanada ifadə verib.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu onun vəkili Levan Samuşiya bildirib.

"Aleksi Petriaşvili əməliyyat olunub. Sorğu-sual zaman hərarəti qalxdığından, istintaq təxirə salınıb. Onu deyə bilərəm ki, bu, çox qəddar cinayətdir. Onun qarın nahiyəsində yaralar var. Başına da çəkiclə zərbə endirilib. Onu bilərəkdən öldürmək istəyiblər və bunu demək artıqdır.

Aleksi Petriaşvili baş verənləri incəliyinədək xatırlayır və istintaqa yardım etməyə çalışır. İstintaq davam edir. O, cinayətkarları tanımır", - vəkil vurğulayıb.

Qeyd edək ki, fevralın 25-də Tbilisidə, qəbiristanlıqda naməlum şəxslərin Aleksi Petriaşviliyə atəş açdığı haqda xəbər yayılmışdı.

O, üç nəfərlə birlikdə keçmiş diplomat Levan Mikeladzeninn qəbirinin ziyarət etməyə gedibmiş. Keçmiş nazir açılan çoxsaylı atəş nəticəsində ağır yaralanaraq, xəstəxanaya yerləşidirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi