Gürcüstanın hakim partiyasının toplantısı keçirilir

Gürcüstanın hakim partiyasının toplantısı keçirilir Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının iclası keçirilib.
Region
24 İyun , 2019 10:24
Gürcüstanın hakim partiyasının toplantısı keçirilir

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının iclası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, toplantıya partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edib.

İclasda baş nazir Mamuka Baxtadze, partiyanın baş katibi Kaxa Kaladze, icraçı katibi İrakli Kobaxidzevə bir sıra hökumət üzvləri iştirak ediblər.

Görüşdə ölkədə baş verən son proseslər müzakirə olunub.

Siyasi Şuranın iclasından sonra “Gürcü Arzusu” Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunun toplantısı başlayıb.

İclasın başa çatmasından sonra partiyanın mərkəzi ofisində brifinqin keçirilməsi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi