Gürcüstanın hakim partiyası sədrinin iqamətgahına doğru etiraz yürüşü keçirilib

Gürcüstanın hakim partiyası sədrinin iqamətgahına doğru etiraz yürüşü keçirilib Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qara dəniz sahilində, Şekvetili adlanan ərazidə yerləşən iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib.
Region
25 İyun , 2019 19:50
Gürcüstanın hakim partiyası sədrinin iqamətgahına doğru etiraz yürüşü keçirilib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qara dəniz sahilində, Şekvetili adlanan ərazidə yerləşən iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri ilə yanaşı, ictimai fəallar və gənclər də qoşulub.

Aksiyaçılar “Bidzina, biz gəlirik”, “Qaxaria, get!” şüarları səsləndirərək “Black Sea Arena” konsert zalından B.İvanişvilinin iqamətgahına doğru yürüş ediblər.

İştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-21-də Tbilisidə etiraz aksiyası zamanı saxlanılanların azad olunmasını tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi