Yuxarı

Gürcüstanın hakim partiyası növbədənkənar parlament seçkilərini istisna edir

Gürcüstanın hakim partiyası növbədənkənar parlament seçkilərini istisna edir

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının deputatları Mamuka Mdinaradze və İrakli Kobaxidze ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edirlər.

“Report”un yerli bürosu xəbər verir ki, parlament üzvləri seçkilərin 2020-ci ildə baş tutacağını bildiriblər.

M.Mdinaradze deyib ki, gələnilki seçkilərdə bütün partiyalara bərabər şərait yaradılacaq.

İ.Kobaxidze, öz növbəsində, bildirib ki, parlament seçkiləri 2020-ci ilin oktyabrın 31-də baş tutacaq: “Növədənkənar seçkilərin keçirilməsi müzakirə mövzusu deyil. Gələn il seçkilər qarışıq sistem, 2024-cü ildən etibarən isə proporsional sistem üzrə keçiriləcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi