Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələri hazırlayan şəxslər cəzalandırılacaq

Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələri hazırlayan şəxslər cəzalandırılacaq Tbilisi. 9 oktyabr. REPORT.AZ/ Gürcüstanda dövlətin ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə cəza tətbiq ediləcək.
Region
9 Oktyabr , 2018 16:45
Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələri hazırlayan şəxslər cəzalandırılacaq
0 : 00
0 : 00

Tbilisi. 9 oktyabr. REPORT.AZ/ Gürcüstanda dövlətin ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə cəza tətbiq ediləcək.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bu, ölkənin Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər layihəsində əksini tapıb. 

Layihəyə əsasən, Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya bölgələrinin əks olunmadığı xəritələrin hazırlanması, yayılması, satışı, reklamı və idxal-ixracına görə cərimə, yaxud iki ilədək həbs cəzası tətbiq olunacaq.

Dəyişikliklər layihəsinin müəllifləri parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili və komitə üzvü Otar Çrdilelidir. Sənəd bu yaxınlarda parlamentə təqdim ediləcək. 

İ.Sesiaşvili bildirib ki, Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələrin yayılması Gürcüstan konstitusiyası, qanunvericiliyi və beynəlxalq hüquq normalarını pozur. O, bu cür hallara qarşı cəzaların tətbiq edilməsinin zəruri olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi