Yuxarı

Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə cəzalar təsdiqləndi

​Gürcüstanın ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə cəza
Dinlə

Gürcüstan parlamenti dövlətin ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə tətbiq ediləcək cəzaları təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin Cinayət və İnzibati Xətalar məcəllələrinə düzəlişlər layihəsi qəbul olunub.

Layihəyə əsasən, Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya bölgələrinin əks olunmadığı xəritələrin hazırlanması, yayılması, satışı, reklamı, idxal-ixracına görə fiziki şəxslər 150 lari (47 ABŞ dolları), hüquqi şəxslər 300 lari (94 ABŞ dolları) məbləğində cərimə olunacaqlar və ya onları iki ilədək həbs cəzası gözləyə bilər.

Qanun dəyişiklikləri bu il iyulun 2-də qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi