Gürcüstanın energetika naziri istefa verib

Gürcüstanın energetika naziri istefa verib O, Tbilisi meri olmaq uğrunda mübarizə aparacaq
Region
6 İyul , 2017 16:06
Gürcüstanın energetika naziri istefa verib

Bakı. 6 iyul. REPORT.AZ/ Gürcüstanın energetika naziri Kaxa Kaladze istefa verib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, Tbilisi meri vəzifəsinə yerli seçkilərdə mübarizə aparmaq niyyətindədir.

K.Kaladze bu gün 5 il ərzindəki fəaliyyəti barədə hesabat təqdim edib və istefası ilə bağlı müvafiq bəyanat verib.

"Bu gün vəzifəmi tərk edirəm, mənim üçün çox əhəmiyyətli mərhələ başlayır. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili məni Tbilisinin meri olmağa namizəd kimi göstərib. Təbii ki, seçiləcəyim halda, uğurlu olmaq üçün əlimdən gələn hər şeyi edəcəm", - keçmiş nazir bildirib.

Xatırladaq ki, K.Kaladze 2012-ci il oktybarın 25-dən etibarən energetika naziri vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi