Yuxarı

Gürcüstanın dövlət qurumlarında rüşvət halları artıb

​Gürcüstanın dövlət qurumlarında rüşvət halları artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın dövlət qurumlarında 40 rüşvət alma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin dövlət idarələrində rüşvət halları 42,86% artıb. Ötən ilin ilk altı ayı ərzində bu göstərici 28 təşkil edib.

Hesabat dövründə 149 məmur vəzifə səlahiyyətlərini aşıb, 42-si isə xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 33, xidməti saxtakarlıqla bağlı isə 17 hala yol verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi