Gürcüstan diplomatiyasının veteranları "Qazprom"la danışıqlardan narahatdır

Gürcüstan diplomatiyasının veteranları "Qazprom"la danışıqlardan narahatdır "Enerji bazarında Azərbaycanın başqa bir ölkə ilə əvəzlənməsi Gürcüstanın maraqlarına cavab vermir"
Region
11 Yanvar , 2016 03:08
Gürcüstan diplomatiyasının veteranları Qazpromla danışıqlardan narahatdır

Bakı. 11 yanvar. REPORT.AZ/ Gürcüstanda sabiq səfirlər tərəfindən yaradılan "Diplomatlar klubu"nun üzvləri ölkə hökumətinin "Qazprom" şirkəti ilə apardığı gizli danışıqlardan narahat olduqlarını bildiriblər.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, "Diplomatlar klubu"nun üzvləri bəyan edib ki, ölkənin Energetika nazirliyi "Qazprom"la danışıqların təfərruatlarını birmənalı şəkildə ictimaiyyətə açıqlamalıdır.

"Dekabrın 27-də Sürixdə Energetika naziri Kaxa Kaladze ilə "Qazprom" nümayəndəsi Yelena Burmistrova arasında gizli görüş keçirilib. Bu, sayca dördüncü görüş olub. Hökumət daxilindəki mənbə olmasaydı, xalq görüşdən ümumiyyətlə xəbərsiz olacaqdı", - deyə klub üzvləri qeyd ediblər.

Onların sözlərinə görə, qaz idxalı məsələsi birbaşa olaraq Gürcüstanın suverenliyi ilə bağlı olan mövzudur. 

"Enerji bazarında Azərbaycanın başqa bir ölkə ilə əvəzlənməsi Gürcüstanın maraqlarına cavab vermir. Biz, Azərbaycan qazını Rusiyanın təklif edəcəyi qiymətdən daha ucuz alırıq", - deyə sabiq diplomatlar vurğulayıb.

Son xəbərlər

Orphus sistemi