Yuxarı

Gürcüstanın daxili borcunun həcmi artıb

Maliyyə Nazirliyi bildirib ki, qiymətli kağız xəzinəsi üzrə borc 750 milyon dollardır

Bakı. 7 aprel. REPORT.AZ/ Bu il martın 31-dək Gürcüstanın daxili borcunun həcmi bir milyard dollardan artıq olub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu ilin əvvəlindən Gürcüstanın daxili dövlət borcu 100 milyon dollara yaxın (196 milyon lari) artıb.

Maliyyə Nazirliyi bildirib ki, dövlətin qiymətli kağız xəzinəsi üzrə borcu 750 milyon dollardır.

Başqa qiymətli kağızlar üzrə borc isə 284 milyon dollar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi