Gürcüstanın daha iki bölgəsində yanğınlar baş verib

Gürcüstanın daha iki bölgəsində yanğınlar baş verib Yanğının söndürülməsinə helikopterlər cəlb olunacaq
Region
29 Avqust , 2017 17:12
Gürcüstanın daha iki bölgəsində yanğınlar baş verib

Bakı. 29 avqust. REPORT.AZ/ Gürcüstanın eyni vaxtda iki bölgəsində - Kaxeti və Samtsxe-Cavaxetidə yanğınlar baş verib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli rayon administrasiyasının nümayəndələri məlumat veriblər.

Kaxetiyanın Manavi kəndində yanğın iki hektar sahəni əhatə edib, ot örtüyü yanır. Hadisə yerində müvafiq texnika ilə yanğınsöndürənlər işləyir.

Abastumani (Samtsxe-Cavaxeti bölgəsi) kurortunun yaxınlığında da yanğınla mübarizə aparırlar. Yerli sakinlərin sözlərinə görə, kurortun hər tərəfini duman bürüyüb, nəfəs almaq çətinləşib.

Yaxın zamanda yanğının söndürülməsinə helikopterlərin cəlb olunacağı gözlənilir.

Son günlərdə yanğınlar daha iki yerdə - Samtsxe-Cavaxetinin Axaltsixe və Axalkalaki rayonlarında da baş verib.

Ümumiyyətlə, 2017-ci ilin yayında Gürcüstan ərazisində bir sıra yanğınlar olub. Bunlardan ən böyüyü Daba kəndi yaxınlığındakı Borjomi-Xaraqauli meşəsində baş verib. Yanğını 6 günə söndürülüb. İlkin məlumatlara görə, 100 hektardan artıq sahə yanıb. Vəziyyəti dağlıq relyef, külək və quru hava mürəkkəbləşdirib. Yanğının söndürülməsində Gürcüstana qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə kömək ediblər.

Son xəbərlər

Orphus sistemi