Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 641,368 mln. kilovatt/saat elektrik enerjisi tədarük edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.
Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 716,02 mln. kilovatt/saat təşkil edib ki, bunun da 89,57%-i Azərbaycanın payına düşüb.
Yanvar-iyul aylarında Gürcüstan Rusiyadan 74,651 mln. kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
İlk yeddi ay ərzində qonşu ölkə Azərbaycandan Türkiyəyə 23,50 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.