Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin II turu başlayıb

Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin II turu başlayıb Bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək
Region
12 Noyabr , 2017 07:53
Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin II turu başlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turuna start verilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək.

Səsvermə səhər saat 8:00-da ölkə üzrə 6 majoritar seçki dairəsinin 317 məntəqəsində başlayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, səsvermə vaxtında başlayıb və həmin bölgələrdə heç bir problem yoxdur.

Bu gün həmin məntəqələr üzrə 328 272 seçici şəhər merlərini seçəcək.

Səsvermənin gedişini 18 149 yerli müşahidəçi, 654 beynəlxalq müşahidəçi, həmçinin 4688 KİV nümayəndəsi izləyir.

Səsvermə saat 20:00-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi