Yuxarı

Gürcüstanın beynəlxalq ehtiyatları azalıb

​Gürcüstanın beynəlxalq ehtiyatları azalıb

Ötən ay Gürcüstanın beynəlxalq ehtiyatları 18,2 mln. dollar azalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Aprelin 1-nə olan məlumata əsasən, qonşu ölkənin 3,478 mlrd. dollar həcmində ehtiyatı olub ki, bunun da 3,277 milyardını xarici valyuta təşkil edib.

Yanvar-fevral aylarında qonşu ölkənin Milli Bankı 186 mln. dollar əldə edib. Mart ayında bank valyuta hərracı həyata keçirməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi