​Gürcüstan Baş Prokurorluğu Saakaşvilinin cinayət işini məhkəməyə verəcək

​Gürcüstan Baş Prokurorluğu Saakaşvilinin cinayət işini məhkəməyə verəcək Keçmiş prezident 4 məsələ üzrə ittiham olunur
Region
29 Dekabr , 2014 14:02
​Gürcüstan Baş Prokurorluğu Saakaşvilinin cinayət işini məhkəməyə verəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Gürcüstan Baş Prokurorluğu yaxın günlərdə ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ittihamı ilə bağlı cinayət işini məhkəməyə təqdim edəcək.

"Report" "İTAR TASS"a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş prokuroru Georgi Badalaşvili deyib.

O qeyd edib, M.Saakaşviliyə bu ilin yayında 4 məsələ üzrə ittiham irəli sürülüb. Prokurorun sözlərinə görə, keçmiş prezident dövlət əmlakını mənimsəməkdə, dinc aksiya iştirakçılarına zor tətbiq etməkdə, "İmedi" televiziyasının binasına qanunsuz müdaxilə və iş adamı Badi Patarkatsişvilinin əmlakını qanunsuz yolla mənimsəməkdə, parlamentin deputatı Valeri Gelaşviliyə silahlı basqın təşkil etməkdə ittiham olunur.

Xatırladaq ki, M.Saakaşvili 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib. 

Son xəbərlər

Orphus sistemi