Yuxarı

Gürcüstanın baş prokuroru vəzifəsindən gedib

Gürcüstanın baş prokuroru vəzifəsindən gedib

Gürcüstanın baş prokuroru vəzifəsindən gedib.

"Report"un yerli bürosu xəbər verir ki, buna səbəb parlamentin bugünkü iclasında baş prokuror Şalva Tadumadzenin Ali Məhkəmənin hakimi kimi təsdiqlənməsidir.

Ş.Tadumadzenin hakim vəzifəsinə namizədliyini 89 deputat dəstəkləyib, yalnız bir deputat əleyhinə səs verib.

Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokuroru olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi