Gürcüstanın Baş Prokurorluğu Ukraynaya Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət edib

Gürcüstanın Baş Prokurorluğu Ukraynaya Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət edib Bakı. 8 yanvar. REPORT.AZ/ Gürcüstan Baş Prokurorluğu bu ölkədə cinayət törətmiş hər bir insanın  məhkəmə qarşısında cavab verməsi üçün hər şeyi edəcək.
Region
8 Yanvar , 2018 12:55
Gürcüstanın Baş Prokurorluğu Ukraynaya Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət edib

Bakı. 8 yanvar. REPORT.AZ/ "Gürcüstan Baş Prokurorluğu bu ölkədə cinayət törətmiş hər bir insanın  məhkəmə qarşısında cavab verməsi üçün hər şeyi edəcək".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin baş prokurorunun müavini Giorgi Qoqadze deyib.

Onun sözlərinə görə, artıq Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin ekstradisiyası ilə bağlı Ukraynanın səlahiyyətli orqanlarına müraciət olunub və indi hər şey qarşı tərəfdən asılıdır.

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə yeni prezidentin andiçmə mərasimindən dərhal sonra Gürcüstanı tərk edib, vətənində ona qarşı bir neçə cinayət işi qaldırılıb.

Tbilisi məhkəməsi bugünlərdə "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin 2006-cı ildə öldürülməsi ilə əlaqədar Saakaşvilini üçillik müddətə qiyabi həbs cəzasına məhkum edib. Sabiq dövlət başçısı səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə günahkar sayılıb.

Son xəbərlər

Orphus sistemi