Gürcüstanın baş naziri yerli gecə klublarının fəaliyyətinin araşdırılmasını tələb edib

Gürcüstanın baş naziri yerli gecə klublarının fəaliyyətinin araşdırılmasını tələb edib Gürcüstanın Daxili İşlər Nazirliyi məsələni araşdırmağa bağlayıb
Region
11 Yanvar , 2017 15:24
Gürcüstanın baş naziri yerli gecə klublarının fəaliyyətinin araşdırılmasını tələb edib

Tbilisi.11 yanvar. REPORT.AZ/ Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili gürcü kişilərin Tbilisinin mərkəzindəki bəzi gecə klublarına və barlara buraxılmamasından narahatdır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, baş nazir hökumətin yanvarın 11-də keçirilən iclasında Daxili İşlər Nazirliyinə məsələni araşdırmaq barədə tapşırıq verib.

Baş nazir deyib ki, paytaxtın mərkəzindəki bəzi barlara və gecə klublarına qadınlar buraxılsalar da, yerli gürcü kişilər buraxılmırlar: "Həmin “istirahət məkanları"nda qanunazidd əməllərin baş verməsi barədə də məlumatlar dolaşır. Qanun hamı üçün eynidir və hamının hüquqları qanunla qorunur. Mən Daxili İşlər Nazirliyinə və digər əlaqədar təşkilatlara məsələni tez bir zamanda, dinc yolla, qanun çərçivəsində, heç bir reyd keçirmədən, zor tətbiq etmədən araşdırmağı tapşırmışam”.

Qeyd edək ki, son bir neçə ay ərzində Tbilisinin mərkəzindəki bəzi barlarda və gecə klublarına, xüsusilə də Qızılgül meydanındakı gecə istirahət mərkəzlərinə yerli gürcü kişilər buraxılmırdı. Bu da müəyyən narazılıqlara səbəb olmuşdu. Eyni zamanda, həmin “istirahət məkanları"nda əxlaqa zidd əməllərin törədilməsi barədə məlumatlar dolaşırdı.

Artıq Gürcüstan Daxili İşlər Nazirliyi məsələni araşdırmağa bağlayıb.

Nazirlik məsələ ilə əlaqədar məlumat yayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi