Yuxarı
    Bağlamaq

    ​Gürcüstanın baş naziri yerli azərbaycanlı ağsaqqallarla görüşüb

    Georgi Kvirikaşvili: Biz hazırda qarşımızda duran bütün vacib proseslərdə birlikdə iştirak etməliyik

    Bakı.  1 aprel. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yerli azərbaycanlı ağsaqqallar şurasının üzvləri ilə görüşüb.

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda hökumətin mətbuat xidməti məlumat yayıb.

    Baş nazirin sözlərinə görə, etnik azərbaycanlılar Gürcüstanın inkişafı prosesinə maksimum dərəcədə qoşulmalıdır: "Ölkəmizin inkişafına etnik azərbaycanlı vətəndaşlarımızın qoşulmasında birliyimiz vacibdir. Biz hazırda qarşımızda duran bütün vacib proseslərdə birlikdə iştirak etməliyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi