Yuxarı

​Gürcüstanın baş naziri: "Vladimir Putinin bəyanatını alqışlayırıq"

Rusiya prezidenti ölkəsi ilə Gürcüstan arasında viza rejimini ləğv etməyə hazır olduqlarını bildirib

Bakı. 17 dekabr. REPORT.AZ/ "Biz Rusiya prezidentinin Gürcüstanla viza rejiminin ləğvi ilə bağlı mətbuat konfransında verdiyi bəyanatı doğru addım sayırıq".

"Report" Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında ölkəsi ilə Gürcüstan arasında münasibətləri bərpa etməyə və viza rejimini aradan qaldırmağa hazır olduqlarını bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi