Gürcüstanın baş naziri Türkmənistana səfər edəcək

Gürcüstanın baş naziri Türkmənistana səfər edəcək Türkmənistan rəhbərliyi ilə keçiriləcək görüşlərdə müxtəlif istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunacaq
Region
11 Avqust , 2017 17:26
Gürcüstanın baş naziri Türkmənistana səfər edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili avqustun sonunda Türkmənistana rəsmi səfər edəcək.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Türkmənistanın Tbilisidəki səfiri Dovletmurad Muratov bildirib.

Səfir deyib ki, Türkmənistan rəhbərliyi ilə keçiriləcək görüşlərdə müxtəlif istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunacaq. Onun sözlərinə görə, səfər zamanı nəqliyyat sahəsində sənədin imzalanması da planlaşdırılır: “Hazırda sənəd üzərində tamamlama işləri gedir. Səfərin detalları dəqiqləşdirilir”.

Məlumata görə, Türkmənistan vətəndaşları Gürcüstana vizasız səfər edə bilər, ancaq Gürcüstan vətəndaşlarının Türkmənistana səfəri üçün viza tələb edilir. 

Qeyd edək ki, bu, hökumət başçısı kimi G.Kvirikaşvilinin Türkmənistana ilk səfəridir. O, əvvəllər başqa vəzifələrdə çalışdığı zaman bir neçə dəfə Aşqabadda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi