​Gürcüstanın baş naziri: "Rusiya ilə münasibətlərin normallaşdırılmasını davam etdirəcəyik"

​Gürcüstanın baş naziri: "Rusiya ilə münasibətlərin normallaşdırılmasını davam etdirəcəyik" Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətdə irəliləyiş var
Region
19 May , 2015 13:20
​Gürcüstanın baş naziri: Rusiya ilə münasibətlərin normallaşdırılmasını davam etdirəcəyik

Bakı. 19 may. REPORT.AZ/ "Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətindədir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avstriyada Gürcüstan-Avstriya Forumundakı çıxışında bildirib.

"Biz Rusiya ilə mürəkkəb normallaşdırılma prosesini kostruktiv şəkildə aparırıq", - o, vurğulayıb.

Baş nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətdə irəliləyiş var: "Siyasi münasibətlərin mürəkkəbliyinə baxmayaraq, Gürcüstanın dövlət maraqları çərçivəsində biz Rusiya ilə danışıqları intensivləşdiririk".

Qeyd edək ki, Tbilisidə keçirilən foruma Avstriyanın prezidenti Haynts Fişer, hər iki ölkənin hökumət və aparıcı şirkətlərinin təmsilçiləri qatılıblar. 

Son xəbərlər

Orphus sistemi