Gürcüstanın baş naziri: Rusiya ilə danışıqlara hazırıq

Gürcüstanın baş naziri: Rusiya ilə danışıqlara hazırıq Bununla belə rəsmi Tiflisin Abhaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır
Region
8 Fevral , 2015 07:24
Gürcüstanın baş naziri: Rusiya ilə danışıqlara hazırıq

Bakı. 8 fevral. REPORT.AZ/ 51-ci Münhen Təhlükəsizlik Konfransında çıxış edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, rəsmi Tbilisi Moskva ilə danışıqlara hazırdır.

"Biz konkret nəticələrin əldə olunacağı bir diyaloga dəstək verə bilərik. Rusiya prezidenti lə görüş ideyasına da qarşı deyilik", - deyən Qaribaşvili bununla belə bir daha vurğulayıb ki, rəsmi Tiflisin Abhaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

"Bu regionların gələcəyə birmənalı olaraq Gürcüstanın tərkibindədir. Rusiya ilə Abhaziya və Cənubi Osetiya arasında imzalanan sənədlər isə bütövlüklə qanunsuzdur", - deyə baş nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi