Yuxarı
    Bağlamaq

    Gürcüstanın baş naziri: "Qazprom" mövzusu bitib"

    Kvirikaşvili: Qazpromla danışıqlar ətrafındakı siyasi spekulyasiyalara son qoymaq lazımdır

    Bakı. 8 fevral. REPORT.AZ/ "Gürcüstanda "Qazprom" şirkəti ilə danışıqlar ətrafındakı siyasi spekulyasiyalara son qoymaq lazımdır".

    "Report" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib.

    "Bu məsələ bitib. Çünki heç bir strateji danışıqlardan söhbət getmir. Danışıqlar yalnız sırf texniki xarakterli problemlərin həlli üzrə olub. Məncə, bu barədə siyasi spekulyasiyaları davam etdirməyin heç bir mənası yoxdur", - deyə G.Kvirikaşvili "Rustavi 2" telekanalının efirində bildirib.

    Qeyd edək ki, hazırda Gürcüstan təbii qazı əsasən Azərbaycandan idxal edir. Rusiya qazı isə yalnız Ermənistana ixracda tranzit payı olaraq ümumi ixracın 10%-i həcmindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi