Gürcüstanın baş naziri Mamuka Baxtadze iyunun 27-də ölkə parlamentində illik hesabatla çıxış edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili bildirib.
Hökumət başçısının 212 səhifəlik hesabatı Gürcüstanın xarici siyasəti, təhlükəsizlik məsələləri, iqtisadi proseslər, təhsil islahatları, insan haqlarının müdafiəsi və digər sahələri əhatə edir.