Yuxarı

Gürcüstanın baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

​Gürcüstanın baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbri

Gürcüstanın baş naziri Mamuka Baxtadze Tbilisi Cümə məscidinə baş çəkib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

O, ölkənin bütün müsəlman vətəndaşlarına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıb.

Baş nazir qeyd edib ki, bu gün ümid, qarşılıqlı yardım və sevgi günüdür: "Gürcüstanın gücü onun rəngarəngliyidir. Əsrlər boyu əcdadlarımız bir yerdə Gürcüstan dövlətini qurublar. Hər kəs ölkədə dostluq və qardaşlığı qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidir".

Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin sədri, Şeyx Hacı Ramin İgidov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və din xadimləri də çıxış edərək Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi