​Gürcüstanın baş naziri hakim partiyanın sədri seçilib

​Gürcüstanın baş naziri hakim partiyanın sədri seçilib Qiorqi Kvirikaşvili açıq səsvermə yolu ilə, yekdilliklə partiyanın sədri seçilib.
Region
14 May , 2016 16:46
​Gürcüstanın baş naziri hakim partiyanın sədri seçilib

Tbilisi. 14 may. REPORT. AZ/ Mayin 14-də Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının (Kartuli osneba-demakratiuli Sakartvelo) IV qurultayı keçirilib.

Report xəbər verir ki, Baş nazir Qeorqi Kvirikaşvili partiyanın sədri seçilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan qurultayda hökumət üzvləri, dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, keçmiş baş nazirlər Bidzina İvanişvili və İrakli Qaribaşvili iştirak ediblər.

Partiyanın baş katibi Kaxa Kaladze hesabat məruzəsi ilə çıxış edib.

Sonra təşkilati məsələyə baxılıb. K.Kaladze partiyanın sədri vəzifəsinə baş nazir Qeorqi Kvirikaşvilinin namizədliyini irəli sürüb.

Qiorqi Kvirikaşvili açıq səsvermə yolu ilə, yekdilliklə partiyanın sədri seçilib. 

Son xəbərlər

Orphus sistemi