Gürcüstanın baş naziri Ermənistana səfər edəcək

Gürcüstanın baş naziri Ermənistana səfər edəcək Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 15-də Ermənistana rəsmi səfər edəcək.
Region
14 Oktyabr , 2019 10:10
Gürcüstanın baş naziri Ermənistana səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 15-də Ermənistana rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Enzel Mkoyan bildirib.

Onun sözlərinə görə, baş nazirin başçılıq edəcəyi nümayəndə heyətinə xarici işlər, daxili işlər, iqtisadiyyat nazirləri və parlament sədrinin müavinləri daxil olacaq.

G.Qaxarianın Ermənistandan sonra Türkiyəyə rəsmi səfərə yollanacağı gözlənilir.

Qeyd edək ki, bu səfər G.Qaxarianin baş nazir vəzifəsində Ermənistana ilk səfəri olacaq. O, baş nazir kimi ilk rəsmi səfərini oktyabrın 9-da Azərbaycana edib.  

Son xəbərlər

Orphus sistemi