Gürcüstanın baş naziri Ermənistana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri Ermənistana rəsmi səfər edəcək Tbilisi. 9 sentyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 10-da Ermənistana rəsmi səfər edəcək.
Region
9 Sentyabr , 2018 12:38
Gürcüstanın baş naziri Ermənistana rəsmi səfər edəcək

Tbilisi. 9 sentyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 10-da Ermənistana rəsmi səfər edəcək.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində M.Baxtadze Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək, daha sonra hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Gürcüstan baş nazirinin həmçinin Ermənistan prezidenti Armen Sarkisyan və parlament sədri Ara Babloyanla da görüşü nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi