Gürcüstanın baş naziri: “Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”

Gürcüstanın baş naziri: “Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib” “Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”.
Region
24 İyun , 2019 12:44
Gürcüstanın baş naziri: “Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”
Gürcüstanın baş naziri Mamuka Baxtadze / Report/ Elshan Baba

“Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili misli görünməmiş qərar qəbul edib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi barədə qərar ətraflı müzakirə olunub və komanda bu qərarı yekdilliklə dəstəkləyib.

Baş nazir bildirib ki, hakim partiyanın təşəbbüsü ilə proporsional seçki sisteminə 2024-cü ildən etibarən keçmək nəzərdə tutulurdu: “Bu məsələ ilə bağlı qərara dəyişiklik edildi. Proporsional sistem ilə parlamentdə daha çox partiya təmsil olunacaq və bu da Gürcüstanda parlament demokratiyasının tam bərqərar olmasına kömək edəcək”. 

Son xəbərlər

Orphus sistemi