Gürcüstanın baş kitabxanaçısı azərbaycandilli məktəbə kitablar hədiyyə etdi

Gürcüstanın baş kitabxanaçısı azərbaycandilli məktəbə kitablar hədiyyə etdi Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru, şair və yazıçı Giorgi Kekelidze Qardabani rayonuna səfər edib.
Region
14 Fevral , 2020 23:27
Gürcüstanın baş kitabxanaçısı azərbaycandilli məktəbə kitablar hədiyyə etdi

Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru, şair və yazıçı Giorgi Kekelidze Qardabani rayonuna səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində məlumat yayıb.

Rayonun Qaracalar kənd orta məktəbinə baş çəkən G.Kekelidze təhsil müəssisəsinə kitablar hədiyyə edib:

“Bu gün biz etnik azərbaycanlı vətəndaşlarımızın təhsil aldığı kiçik məktəbə baş çəkdik. Məktəbdə gürcü dilində olan yeni kitabxana yaratdıq”-deyə, öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, kitabxananın baş direktoru Gürcüstanda mütaliəni və gürcüdilli ədəbiyyatın təbliği məqsədilə bütün ölkəni əhatə edən kampaniya həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi