Gürcüstanın azərbaycanlı deputatı: "Hakim partiyadan istefa verməyəcəyəm"

Gürcüstanın azərbaycanlı deputatı: "Hakim partiyadan istefa verməyəcəyəm" Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu tərk etmək niyyətində olmadığını bildirib.
Region
15 Noyabr , 2019 14:56
Gürcüstanın azərbaycanlı deputatı: Hakim partiyadan istefa verməyəcəyəm
Report

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu tərk etmək niyyətində olmadığını bildirib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə parlament üzvü özü açıqlama verib.

O bildirib ki, bu günə qədər Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da hakim partiyada təmsil olunacaq.

Qeyd edək ki, bu gün R.Hacıyevin də təmsil olunduğu "Mühafizəkarlar" fraksiyasının bir neçə üzvü təmsil olunduqları parlament çoxluğunu tərk edib. Buna səbəb ötən gün parlamentdə proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul olunmamasıdır.

Son xəbərlər

Orphus sistemi