Bakı. 28 mart. REPORT.AZ/ Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız səfər edən ilk vətəndaş baş nazir Georgi Kvirkaşvili olacaq.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb.
İnformasiyaya əsasən, G.Kvirkaşvili konfransda iştirak etmək üçün martın 28-də Yunanıstanın paytaxtı Afinaya, oradan isə Avropa İttifaqının rəhbərliyi ilə görüşmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Qeyd edək ki, martın 28-dən Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə vizasız səfər edə və getdikləri yerdə 90 gün qala bilərlər.