Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr arasında azərbaycanlılar ilk yerlərdən birini tutur

Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr arasında azərbaycanlılar ilk yerlərdən birini tutur Tbilisi. 16 aprel. REPORT.AZ/ Gürcüstanın ali məktəblərində 2017-2018-ci tədris ilində təhsil alan tələbələrin 34,9 faizi xarici ölkə vətəndaşlarıdır.
Region
16 Aprel , 2018 21:12
Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr arasında azərbaycanlılar ilk yerlərdən birini tutur

Tbilisi. 16 aprel. REPORT.AZ/ Gürcüstanın ali məktəblərində 2017-2018-ci tədris ilində təhsil alan tələbələrin 34,9 faizi xarici ölkə vətəndaşlarıdır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Zelyonıy Kavkaz" qeyri-hökumət təşkilatı Gürcüstan Təhsilinin Keyfiyyətli İnkişafı Milli Mərkəzinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, 2017-2018-ci tədris ilində ölkənin 56 ali təhsil müəssisəsində 89 ölkədən 10306 tələbə təhsil alır. 

Xarici tələbələrin 18,4 faizi Yaxın Şərq ölkələrinin payına düşür. Xarici ölkələr sırasında Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan üstünlük təşkil edir.

Hesabat "Multikultural Tbilisi bu gün" layihəsi əsasında hazırlanıb.

Son xəbərlər

Orphus sistemi