Yuxarı
    Bağlamaq

    Gürcüstanın 30 vətəndaşına İsrail ərazisinə daxil olmağa icazə verilməyib

    İsrailin müvafiq qurumları məsələyə aydınlıq gətirməyiblər

    Bakı. 24 yanvar. REPORT.AZ/ Gürcüstanın 30 vətəndaşına İsrail ərazisinə daxil olmağa icazə verilməyib.

    “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu İsrail dövləti ərazisinə daxil olması qadağan edilənlərdən birinin yaxını Şota Karçivadze bildirib.

    Onun sözlərinə görə, İsrailin müvafiq qurumları məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.

    “Onlar heç bir cinayət törətməyib. Həbsxanada isə bütün təbəqələrdən adamlar olur. Başqa heç bir məlumatım yoxdur. Gecə Gürcüstanın İsraildəki səfiri ilə telefonla danışdım. O dedi ki, belə hallar olur. Ancaq saxlanılma hadisəsinin indiyədək baş vermədiyini də söylədi. Səfir məsələ ilə bağlı mənə məlumat verəcəyinə boyun olsa da, indiyədək mənimlə əlaqə saxlamayıb”, - Şota Karçivadze vurğulayıb.

    Məlumata görə, Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, İsrailin sərhəd xidməti ölkə ərazisinə daxil olması qadağan edilən 30 nəfər deportasiya idarəsinə aparılıb və yanvarın 26-da onların Gürcüstana yola salınması planlaşdırılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi