Gürcüstanda qızılca epidemiya həddinə çatıb, əhali pulsuz peyvənd olunacaq

Gürcüstanda qızılca epidemiya həddinə çatıb, əhali pulsuz peyvənd olunacaq Tbilisi. 18 yanvar. REPORT.AZ/ Gürcüstanda bu ilin əvvəlindən qızılcaya 335 yoluxma halı qeydə alınıb.
Region
18 Yanvar , 2019 13:23
Gürcüstanda qızılca epidemiya həddinə çatıb, əhali pulsuz peyvənd olunacaq
0 : 00
0 : 00

Tbilisi. 18 yanvar. REPORT.AZ/ Gürcüstanda bu ilin əvvəlindən qızılcaya 335 yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

O deyib ki, ölkədə qızılcaya yoluxma epidemik həddə çatıb və bu xəstəliyə qarşı yeganə mübarizə yolu vaksinasiyadır: “Hökumətin bugünkü iclasında qızılcaya qarşı peyvəndin bütün vətəndaşlar üçün ödənişsiz olması barədə qərar qəbul ediləcək”.

Nazir qeyd edib ki, hökumətdə qızılca epidemiyasının yayılmasına qarşı kompleks tədbirlər müzakirə olunur və bu xəstəliyə qarşı peyvəndin məcburi olacağı istisna olunmur.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda yalnız 40 yaşa qədər olan vətəndaşlar üçün qızılcaya qarşı peyvənd pulsuz olub. 

Son xəbərlər

Orphus sistemi