Gürcüstandan Rusiyaya üzüm adı altında siqaret qutuları daşıyan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstandan Rusiyaya üzüm adı altında siqaret qutuları daşıyan Azərbaycan vətəndaşı saxlanılıb Tbilisi. 15 noyabr. REPORT.AZ/ Gürcüstanda Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.
Region
15 Noyabr , 2018 15:53
Gürcüstandan Rusiyaya üzüm adı altında siqaret qutuları daşıyan Azərbaycan vətəndaşı saxlanılıb
customs.gov.az

Tbilisi. 15 noyabr. REPORT.AZ/ Gürcüstanda Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan vətəndaşı yük maşını ilə Rusiyaya aksiz markası olmayan və bəyan edilməmiş külli miqdarda siqaret qutuları aparmağa cəhd edib. Rəsmi sənədləşməyə əsasən, nəqliyyat vasitəsi ilə 21 ton üzüm daşınmasına icazə verilib. Lakin yük maşınına baxış zamanı üzümlə yanaşı, 90 180 ədəd xarici ölkə istehsalı olan siqaret qutusu da aşkar olunub. 

Siqaret qutularının ümumi bazar dəyəri 234 468 lari təşkil edir.

Faktla bağlı istintaq aparılır. Azərbaycan vətəndaşını 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi