Yuxarı

Gürcüstandan Ermənistana “İqla” zenit-raket kompleksinin keçirilməsi işi ilə bağlı daha bir nəfər tutulub

Gürcüstandan Ermənistana “İqla” zenit-raket kompleksinin keçirilməsi işi ilə bağlı daha bir nəfər tutulub
İstintaq davam edir

Bakı. 28 mart. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ermənistana qanunsuz yolla “İqla” zenit-raket kompleksinin keçirilməsi işi üzrə axtarışda olan 40 yaşlı Ermənistan vətəndaşı Robetr A.-nı saxlayıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkə Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, kompleksi Ermənistanın 3 vətəndaşı Gürcüstan ərazisindən qaçaq yolla keçirmək istəyib. Məlumata görə, həmin kompleksin Gürcüstan ərazisindən Ermənistana tranzit yolla keçirilməsi məsələsi də araşdırılır.

Cinayət işi ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni silahlılarının başçılarından biri Samvel Babayanın da adı hallanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi