Gürcüstandan 3 400 nəfər mühacirət edib

Gürcüstandan 3 400 nəfər mühacirət edib Mühacirətdə ən böyük müsbət saldo 2005-ci ildə qeydə alınıb
Region
19 Oktyabr , 2016 03:25
Gürcüstandan 3 400 nəfər mühacirət edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Gürcüstandan 2015-ci ildə 3 min 400 nəfər mühacirət edib.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildə Gürcüstandan mühacirət edənlərin sayı 6 min 500 nəfər olub və immiqrasiya sahəsində mənfi saldo 3 min 100 nəfər təşkil edib. 

Ümumiyyətlə, 2011-ci ilədək ölkədən mühacirə edənlərin sayı artıb. Ən böyük müsbət saldo 2005-ci ildə qeydə alınıb və 76 min 300 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi