Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub Dağıntı və xəsarətlə bağlı məlumat verilməyib
Region
22 Sentyabr , 2016 14:50
Gürcüstanda zəlzələ olub

Bakı. 22 sentyabr. REPORT.AZ Gürcüstanın qərbində 4,9 bal gücündə zəlzələ olub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə İlya Dövlət Universitetinin Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Xəbərdə bildirilib ki, yeraltı təkanların mərkəzi Qara dənizin Gürcüstan sahillərindən 44 km aralıda qeydə alınıb.

Dağıntı və xəsarətlə bağlı məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi