Gürcüstanda yük və sərnişin daşımaları artıb

Gürcüstanda yük və sərnişin daşımaları artıb Bu ilin birinci rübündə Gürcüstan ərazisi ilə 8,6 mln. ton yük daşınıb.
Region
4 May , 2019 12:36
Gürcüstanda yük və sərnişin daşımaları artıb

Bu ilin birinci rübündə Gürcüstan ərazisi ilə 8,6 mln. ton yük daşınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib.

İllik müqayisədə yük daşımaları 0,2 mln. ton artıb.

Hesabat dövründə daşınan yüklərin böyük həcmi 6,1 mln. ton olmaqla avtomobil yollarının payına düşüb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 0,1 mln. ton çoxdur.

Gürcüstanın dəmir yolları vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,1 mln. ton artaraq 2,5 mln. ton təşkil edib.

Bu ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə daşınan yüklərin həcmi illik müqayisədə 1,3 mln. ton artaraq 5,4 mln. tona bərabər olub.

Dəniz liman və terminalları vasitəsilə isə, ümumilikdə, 4,2 mln. ton yük daşınıb.

Gürcüstanın Batumi və Poti limanlarından emal olunan TEU konteynerlərin sayı 132 898 ədəd təşkil edib ki, bu da illik müqayisədə 33 224 ədəd çoxdur.

Hesabat dövründə qonşu ölkədə daşınan sərnişinlərin ümumi sayı 84,7 mln. nəfər təşkil edib. İllik müqayisədə bu göstəricidə 2,4 mln. nəfər artım qeydə alınıb. Sərnişinlərin 83,1 mln. nəfəri avtomobil yolları,0,6 mln. nəfəri dəmir yolu, 1 mln. nəfəri isə hava nəqliyyatı vasitəsilə daşınıb. 

Son xəbərlər

Orphus sistemi