Gürcüstanda yük daşımaları azalıb, sərnişin daşınması artıb

Gürcüstanda yük daşımaları azalıb, sərnişin daşınması artıb Tbilisi. 5 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan ərazisi ilə 30,1 mln. ton yük daşınıb.
Region
5 Noyabr , 2018 11:41
Gürcüstanda yük daşımaları azalıb, sərnişin daşınması artıb

Tbilisi. 5 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan ərazisi ilə 30,1 mln. ton yük daşınıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilin ilk 9 ayında qonşu ölkə üzərindən daşınan yüklərin həcmində illik müqayisədə 0,2 mln. ton azalma qeydə alınıb.

Hesabat dövründə yüklərin böyük həcmi 22,5 mln. ton olmaqla avtomobil yolları ilə daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 0,2 mln. ton çoxdur.

Dəmir yolu vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,4 mln. ton azalaraq 7,5 mln. ton təşkil edib.

Gürcüstanın hava nəqliyyatı ilə yüklərin daşınmasında da azalma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə daşınan yüklərin həcmi illik müqayisədə 7,8 mln. ton azalaraq 18,9 mln. ton təşkil edib.

Dəniz limanı və terminalları vasitəsilə ümumilikdə, 11,2 mln. ton yük daşınması həyata keçirilib.

Yanvar-sentyabr aylarında qonşu ölkədə daşınan sərnişinlərin sayı 308,8 mln. nəfər təşkil edib ki, bu da illik müqayisədə 8,8 mln. nəfər çoxdur. Sərnişinlərin 302,7 mln. nəfəri avtomobil yolları vasitəsilə daşınıb. Dəmir yolu və hava nəqliyyatı vasitəsilə isə müvafiq olaraq 2,2 mln. və 3,9 mln. nəfər sərnişin daşınıb. 

Son xəbərlər

Orphus sistemi