Yuxarı

Gürcüstanda yeni yeraltı qaz anbarının tikintisi bu il başlayacaq

Anbarda 230-250 milyon kubmetr təbii qaz saxlanması mümkün olacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Gürcüstan 2016-cı ildə yeni yeraltı qaz anbarının tikintisinə başlamağı planlaşdırır. "Report" "Sputnik-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Energetika Nazirliyinin hesabatında məlumat verilir.

Qaz anbarı Samqori neft yatağının cənub hissəsindəki ərazidə tikiləcək.

Beynəlxalq tenderin qalibi olmuş Fransanın "GEOSTOCK SAS" şirkəti 2016-cı ilin əvvəlində yeraltı qaz anbarının tikintisi üçün texniki-iqtisadi əsaslandırma işini başa vuracaq.

Bununla paralel olaraq, Gürcüstanın Neft-Qaz Korporasiyası (GOGC) layihənin maliyyələşdirilməsi şərtlərinin öyrənilməsi və optimallaşdırılması məqsədilə kommersiya bankları, beynəlxalq maliyyə institutları və özəl şirkətlərlə danışıqlar aparır.

Yeraltı qaz anbarının inşası başa çatdıqdan sonra orada 230-250 milyon kubmetr təbii qaz saxlanması mümkün olacaq. Bu isə Gürcüstanın illik istehlakının 15 faizini təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi