Yuxarı
    Bağlamaq

    Gürcüstanda yeni vətəndaş hərəkatı yaradılıb

    Dinlə

    Tbilisi. 7 dekabr. REPORT.AZ/ Tbilisidə yeni “Gürcüstanın vətəndaş hərəkatı” təşkilatının təqdimatı keçirilib.

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hərəkatı Tbilisi Şəhər Şurasının keçmiş deputatı və paytaxt meri postuna keçmiş müstəqil namizəd Aleko Elisaşvili təsis edib.

    O bildirib ki, hazırkı mərhələdə hərəkat siyasi təşkilat olmayacaq: “Lakin təşkilatın gələcəkdə partiyaya çevriləcəyi istisna olunmur. Biz hər hansı bir siyasi hərəkatla birləşməyi planlaşdırmırıq. “Gürcüstanın vətəndaş hərəkatı” siyasi təşkilat olsa, o, ən güclü təşkilat olacaq”.

    Yeni hərəkata Avropa Demokratiyaya Dəstək Fondu maliyyə dəstəyi verir. Təşkilatın əsas priortitet fəaliyyət istiqamətləri sağlamlıq, təhsil və şəhərin inkişaf tendensiyaları olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi